Rixard Zorge

Rixard Zorge
alm. Richard Sorge
rus. Ри́хард Зо́рге
Şəxsi məlumatlar
Ləqəbi Ramzay
Doğum tarixi 4 oktyabr 1895(1895-10-04)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 7 noyabr 1944(1944-11-07)[3][4][…] (49 yaşında)
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Vətəndaşlığı
Təhsili
  • Hamburq Universiteti[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Alman
Qoşun növü Alman İmperiya Ordusu
Sovet Ordusu
Xidmət illəri 1914–1916
1920–1941
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni II dərəcəli Dəmir xaç ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rixard Zorge[5] (alm. Richard Sorge‎; rus. Ри́хард Зо́рге; 4 oktyabr 1895[1][2][…], Bakı[3]7 noyabr 1944[3][4][…], Suqamo[d], Tokio) — Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və dönəmində AlmaniyaYaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyə. Zorge Ramzay ləqəbindən istifadə etmişdir. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940–1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.

Hücumun konkret tarixi barədə məlumat verə bilməyən Zorge Barbarossa əməliyyatından əvvəl SSRİ-ni xəbərdar etmişdir. 1941-ci ilin əvvəllərində Sovet mənbələri xəfiyyə tərəfindən Yapon birliklərinin yaxın zamanlarda hücuma keçməyəcəkləri ilə bağlı məlumatlandırılır. Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir. 18 diviziya, 1.700 tank, 1.500 dən çox döyüş təyyarəsi SibirUzaq Şərqdən Üçüncü Reyxə qarşı həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir.

Həmin texnikanın xidmətindən Moskva uğrunda döyüşdə geniş formada istifadə olunur. Sovet Sosialist Respublikaları İttifaqı qarşısında olan xidmətlərinə görə Rixard Zorge ölümündən sonra 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı mükafatı ilə təltif edilmişdir. Təhlükəsizlik və kəşfiyyat sahəsində fəaliyyət göstərən mütəxəssislərin böyük əksəriyyəti Rixard Zorgeni dünya tarixinin ən böyük xəfiyyələrindən biri olaraq xarakterizə edirlər.

  1. 1 2 Richard Sorge // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Richard Sorge // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 3 4 Зорге Рихард // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. Колесникова М.В. Рихард Зорҝе/М. В. Колесникова, М. С. Колесников ; тәрҹ. Ҹ. Мәммәдов. — 1981

Developed by StudentB